Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq istəyir

Saakaşvili yenidən Gürcüstan prezidenti olmaq istəyir
Oxunma sayı: 2445

Eks-prezident Mixail Saakaşvili tərəfdarlarına ünvanladığı videomüraciətdə yenidən Gürcüstanda hakimiyyətə gəlmək istədiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, Amsterdamdan yayımladığı müraciətdə siyasətçi öz həmfikirlərini, ilk növbədə isə “Vahid milli hərəkat” partiyasının üzvlərini Gürcüstanda bu ilin payızında baş tutacaq prezident seçkilərinə fəal şəkildə hazırlaşmağa səsləyib: 

“Gürcüstanda hansı situasiya, necə ümidsizlik olduğunu görürük. Bunun fonunda minlərlə insan ya Gürcüstanı tərk edib, ya da tərk etmək niyyətindədir...Bizim məqsədimiz 2018-ci ildə Gürcüstan rəhbərliyinə qayıtmaqdır. Biz prezident seçkilərini qazanmalıyıq”. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi