"Qafqazinfo" xəbər verir ki, toplantıda partiyanın növbəti qurultayının keçirilməsi müzakirə edilib. Bildirilib ki, partiya qurultay keçirmək üçün aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də , bir aydan artıq vaxt keçməsinə baxmayaraq müraciətə cavab verilməyib. Bu səbəbdən qurultayın keçirilməsi üçün alternativ variantlar müzakirə edilib və həmin variantlardan birinin üzərində dayanılıb. Əgər yaxın vaxtlarda hakimiyyət Ümid Partiyasına qurultay keçirməsi üçün məqsədə uyğun yer ayırmazsa, partiya öz qurultayını fərqli şəkildə keçirəcək. Hələlik təhlükəsizlik baxımından təşkilat komitəsi partiyanın qurultayı harada, necə, nə zaman və hansı şəraitdə keçirəcəyi haqda açıqlama verilməsini məqsədəuyğun hesab etməyib.
Qeyd edək ki, Ümid Partiyası Ali Məclisi 25 may tarixli yığıncağında qurultayın 26 iyunda keçirilməsi haqda qərar qəbul etmişdi. Hakimiyyətin yer ayırmaması həmin tarixdə qurultayın keçirilməsini müvəqqəti olaraq təxirə salmağa səbəb olmuşdu.