Son günlər yağan aramsız yağışlar nəticəsində Xaçınçay çayında sel yaranıb.
“Qafqazinfo” xəbər verir ki, çayı keçmək istəyən “Hyundai” markalı avtomobil güclü su axını səbəbindən hərəkətsiz qalaraq çayda batıb.
Hazırda avtomobilin sudan çıxarılması üçün aidiyyəti qurumlar tərəfindən işlər görülür.
Çayda suyun səviyyəsi isə artmaqda davam edir.
***
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən çayda qalan avtomobil sudan çıxarılıb.
Avtomobil daha sonra aidiyyəti üzrə təhvil verilib.
Ziya Əmirxanlı


Son xəbərlər
Son Xəbərlər