Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu

qadagan-olunmus-melumatlari-tiktokda-yayan-kisi
Oxunma sayı: 1493

“TikTok”da qeyri-etik informasiyalar yayan kişi saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Səfayıl Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla S.Əliyev inzibati qaydada həbs edilib.

Ziya Əmirxanlı