Nazir məzunlarla “Yallı” oynadı - Video

nazir-mezunlarla-yalli-oynadi
Oxunma sayı: 1336

Elm və təhsil naziri Emin Əmrullayev bu gün Gəncədə “Son zəng” tədbirinə qatılıb.

“Qafqazinfo” xəbər verir ki, Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbindəki tədbirdə iştirak edən nazir məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Çıxışlardan sonra E.Əmrullayev məzunlar və məktəbin müəllim kollektivi ilə rəqs edib, “Yallı” oynayıb.

Həmin görüntüləri təqdim edirik:

Yunis Quliyev