“Qafqazinfo”nun məlumatına görə, hamımızın faytonçu kimi tanıdığı Nazim Pişyari 1968-ci il avqustun 26-da Lənkəranda anadan olub. 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib.
1988-91-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb. 1990-cı ildən isə professional səhnədədir. O, 1995-ci ildə "Kainat" qrupunu yaradıb. 1998-ci ildə isə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.
Müğənni 1991-ci il iyunun 1-də ailə həyatı qurub. Nazim- Arzu cütlüyünün 1992-cu ildə qızı, bir il sonra isə oğlu dünyaya gəlib. Uşaqlarının adı Pərvanə və Kamildir.
Aynur Babayeva
Son xəbərlər
Son Xəbərlər