Stalinin imzaladığı məxfi sənəd hərracda satıldı

stalinin-imzaladigi-mexfi-sened-herracda-satildi
Oxunma sayı: 358

ABŞ-də keçirilən hərracda SSRİ lideri İosif Stalinin imzasını daşıyan, 1944-cü ilin sentyabrına aid sənəd satışa çıxarılıb və təxminən 13,8 min dollara alıcı tapıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RR Auction” hərrac evi məlumat yayıb.

Bildirilib ki, lot “İosif Stalinin imzaladığı azad edilmiş Şərqi Avropanın müdafiəsi ilə bağlı İkinci Dünya müharibəsi sənədi” adı ilə təqdim olunub və 13 764 dollara satılıb.

Sənədin təsvirində onun “tam məxfi” statusda olduğu qeyd edilir. Həmçinin sənəddə Tallin, Riqa və Varşavanın müdafiəsi üçün planlaşdırılan hərbi tədbirlərə dair məlumatların yer aldığı bildirilir. Sənədin birinci səhifəsinin yuxarı hissəsində Stalinin mavi qələmlə imzası olduğu da vurğulanıb.

Hərrac nəticəsində satış qiyməti 13 min 764 dollar olaraq qeydə alınıb.