Xuraman Şuşalı və ailəsi - Fotosessiya

xuraman-susali-ve-ailesi-fotosessiya
Oxunma sayı: 6193

“Qafqazinfo”nun məlumatına görə, tamaşaçıların “Şeytan balası” mahnısı ilə tanıdığı Xuraman Şuşalı fevralın 2-si 1983-ci ildə Şuşa şəhərində anadan olub. 5 yaşından oxumağa həvəsi olan Xuraman bir il sonra Niyazi adına Musiqi Məktəbinə daxil olub.

1993-ci illdə ildən isə Respublika İncəsənət Gimanaziyasında təhsilinin davam etdirən Xuraman eyni zamanda aktyorluq və rəqs dərslərini də alıb.

Xuraman Şuşalı Tükəzban İsmayılova, Sabir, Mələkxanım Əyyubova, Janna Əzimzadə, Firudin Mehdiyev və bir çox böyük sənətkarlardan dərs alıb.

X.Şuşalının 3 mahnısı Qızıl Fonda düşüb. 2000-ci ildə Akademiyaya daxil olan müğənni 2 il sonra Vaqif Gərayzadənin rəhbərlik etdiyi “W Trio” qurupunun üzvü olub. 2004-ci ildə Milli Konservatoriyanı bitirən Xuraman Şuşalı həmin ilərdə İşlam Rzayevin də tələbəsi olub.

Müğənni Xuraman Şuşalı, həm də anadır. O, 2010-cu ildə kino rejissor, "Qulp" proqramının prodüseri Elçin Məmmədovla ilə qurub. 2011-ci ilin mayın 29-da oğlu Mehdi dünyaya gəlib.

Müğənni hazırda ikinci dəfə ana olmağa hazırlaşır.

Aynur Babayeva