Futbol oyunlarının nəticələrinə pul qoymaq haramdırmı?

futbol-oyunlarinin-neticelerine-pul-qoymaq-haramdirmi
Oxunma sayı: 9726

““Topaz” oyunlarını oynamaq haramdırmı? Haramdırsa niyə?”

“Qafqazinfo” xəbər verir ki, oxucular bu sualla islam.az saytına müraciət ediblər.

Saytın məsələ ilə bağlı verdiyi cavabı təqdim edirik:

““Topaz”oyunlarına qatılmaq haramdır. Çünki “Topaz” şəbəkəsi öz qaydaları baxımından “azartlı” qumar oyunları sinfinə aiddir. İslam baxımından qumar oynamaq böyük günah sayılır.

Bilindiyi kimi, “Topaz” oyunlarında insanlar gələcək futbol oyunlarının nəticələri barədə proqnoz verərək, buna müəyyən miqdarda pul qoyurlar. Həmin proqnozun doğru ya səhv çıxmasından asılı olaraq, ya qoyduqları puldan artıq pul udur, ya da uduzurlar. Bu, klassik qumar ssenarisidir. Şansa bağlı olan, hələ nəticəsi bilinməyən bir hadisəyə proqnoz verərək pul yatırmaq və həmin hadisənin nəticəsindən asılı olaraq udub-uduzmaq qumarın əsas xüsusiyyətidir.

“Topaz” şəbəkəsi bu yolla minlərlə adamın pul vəsaitini mənimsəyir. Bu kimi oyunlara qatılaraq həm udmaq, həm də uduzmaq günahdır. Uduzan haram yolla öz əmlakını tələf etmiş olur. Udan isə haram vəsait qazanmış olur”.