Ayda italyan xörəkləri yemək istəyir

ayda-italyan-xorekleri-yemek-isteyir
Oxunma sayı: 212

Avropa Kosmik Agentliyinin təcrübəli astronavtı Luka Parmitano 2027-ci ildə həyata keçiriləcək “Artemis III” Ay missiyası üçün kosmik menyuda italyan yeməklərinin də yer almasını arzuladığını bildirib.

“Qafqazinfo”nun xəbərinə görə, Parmitano qeyd edib ki, əvvəlki kosmik missiyalarda menyuda müxtəlif ölkələrin yeməkləri yer alıb və bu ənənənin davam etdirilməsini istəyir: “Düşünürəm ki, menyuda mütləq italyan yeməyi olacaq. İtalyan mətbəxi UNESCO-nun xəzinələrindən biridir. Hər kəs bir az italyan dadı istəyir”.

49 yaşlı Parmitano NASA-nın “Artemis” proqramı çərçivəsində həyata keçiriləcək “Artemis III” missiyasında iştirak edəcək heyətin üzvlərindən biridir. Missiyanın məqsədi insanların yenidən Ay səthinə enməsini təmin etmək və gələcək kosmos uçuşları üçün texnologiyaları sınaqdan keçirməkdir.

İtaliya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki olan Parmitano 2009-cu ildə Avropa Kosmik Agentliyinin astronavtı seçilib və əvvəlki missiyalar zamanı Beynəlxalq Kosmik Stansiyada xidmət edib.

O, həmçinin kosmosda həyata keçirilən çətin kosmik gəzintilər zamanı ciddi texniki nasazlıqla üzləşsə də, vəziyyətdən sağ çıxması ilə tanınır.

“Artemis III” heyətinin müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan astronavtlardan ibarət olacağı bildirilir. Bu müxtəlifliyin missiyanın elmi və əməkdaşlıq baxımından üstünlük yaratdığı qeyd olunur.