100 ilin temperatur rekordu qırıldı

100-ilin-temperatur-rekordu-qirildi
Oxunma sayı: 734

Cənubi Koreyanın Yanqsan şəhərində temperatur rekord həddə – 42,5°C-yə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Koreya Meteorologiya İdarəsi məlumat yayıb.

“Bazar günü günortadan sonra ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində temperatur 42,5°C-yə çatıb. Bu, müasir hava müşahidələrinin aparılmağa başlandığı 1904-cü ildən bəri qeydə alınan ən yüksək temperaturdur”. – məlumatda deyilir.