13 illik evlilik bitdi

13-illik-evlilik-bitdi
Oxunma sayı: 1190

Tanınmış bloger Oksana Samoylova reper Ciqan ilə rəsmi olaraq boşanıb.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün boşanma ərizəsi Moskvanın Savelovski Məhkəməsi tərəfindən təmin edilib.

Qeyd olunur ki, Ciqan və Samoylova barışıq sazişi bağlayıblar, buna əsasən reper Moskva vilayətində malikanə və mənzil, bloger isə iki mənzil alacaq. 

Uşaqların Samoylova ilə birlikdə yaşayacağı dəqiqləşib.

Xatırladaq ki, daha əvvəl də cütlük boşanmaq qərarına gəlmiş, lakin fikirlərindən daşınmışdılar.

Qeyd edək ki, Ciqan və Oksana 2012-ci ilin dekabr ayında ailə həyatı qurublar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.