“15 min Azərbaycan vətəndaşı ölkəyə gətirilib”

15-min-azerbaycan-vetendasi-olkeye-getirilib
Oxunma sayı: 1842

“15 min Azərbaycan vətəndaşı ölkəyə gətirilib”. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O bildirib ki, Azərbaycan dövləti ilə ÜST arasında koronavirusla mübarizə sahəsində geniş əməkdaşlıq mövcuddur: “Azərbaycanda koronavirusa qarşı hazırlıq işləri müsbət qiymətləndirilib. Bu günə qədər 15 minə yaxın insan Azərbaycana gətirilib və xüsusi karantin zonalarında yerləşdiriliblər. Aprelin 20-dək Azərbaycan Respublikasının ərazisinə giriş-çıxış dayandırılıb. Bu, beynəlxalq daşımalara aid deyil”. 

O bildirib ki, Azərbaycan dövləti həmişə olduğu kimi bu dəfə də vətəndaşlarının yanındadır.

Murad Əhməd