16 yaşlı qız 6 gündür itkin düşüb - Foto

16-yasli-qiz-6-gundur-itkin-dusub
Oxunma sayı: 3040

Şəkidə yeniyetmə qız itkin düşüb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Aysel Mustafayeva aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar, ağ köynək və ayağında qara rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.