17 yaşlı oğlan hazırlıqda öldü - Yenilənib

17-yasli-oglan-hazirliqda-oldu
Oxunma sayı: 2803

Gəncədə 17 yaşlı oğlan qəfil ölüb.

“Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü İsa Allahverdiyev huşsuz vəziyyətdə şəhərdəki xəstəxanaların birinə çatdırılıb.

Xəstəxanada müayinə zamanı onun öldüyü məlum olub.

İlkin məlumata görə, yeniyetmənin hazırlıqda olarkən halı pisləşib. Onun epilepsiya tutması keçirdiyi ehtimal olunur.

***

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün 12:10 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub: “Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı qeydə alınıb. 

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib”.

Yunis Quliyev