Kanaldan 39 yaşlı kişi meyiti tapıldı - Fotolar+Yenilənib

kanaldan-39-yasli-kisi-meyiti-tapildi
Oxunma sayı: 991

Tovuz rayonunda su kanalında meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Düz Cırdaxan ərazisindən keçən su kanalından 1987-ci il təvəllüdlü Sərxan Dəmirovun meyiti aşkar edilib.

Adıçəkilən şəxsin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon Bölməsinə aparılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub:

“Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.

Yunis Quliyev