“Əminəm ki, Tramp verəcəyim hər qərarı dəstəkləyəcək”

eminem-ki-tramp-vereceyim-her-qerari-destekleyecek
Oxunma sayı: 648

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Prezident Donald Trampla prezident seçkilərində namizədliyi məsələsini hələ müzakirə etmədiklərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda “CBS News” telekanalına müsahibə verərkən danışıb.

Vensin sözlərinə görə, o, hələ qəti qərar verməyib.

Vitse-prezident bu məsələni builki aralıq seçkilərindən sonra həyat yoldaşı Uşa Vens ilə müzakirə edəcəyini bildirib.

O bildirib ki, Prezident Donald Tramp onun qərarını dəstəkləyəcək:

“Mən əminəm ki, ABŞ prezidenti mənim verəcəyim hər bir qərarı tam dəstəkləyəcək. Lakin biz hələlik bu barədə ətraflı danışmamışıq”, - deyə o qeyd edib.