“Hizbullah”ın yüksək rütbəli rəsmisi zərərsizləşdirilib

hizbullahin-yuksek-rutbeli-resmisi-zerersizlesdirilib
Oxunma sayı: 434

İsrail Hərbi Hava Qüvvələri Livanın cənub ətrafına endirdiyi zərbə nəticəsində “Hizbullah”ın yüksək rütbəli rəsmisinin öldürüldüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

“Zərbədən əvvəl mülki əhaliyə dəyən zərərin minimuma endirilməsi üçün tədbirlər görülüb, o cümlədən dəqiq idarə olunan hərbi sursatlardan və havadan müşahidədən istifadə edilib”, - deyə məlumatda əlavə edilib.