Moskva-Naxçıvan təyyarəsində həyəcan - Sərnişin qapını açmaq istədi

moskva-naxcivan-teyyaresinde-heyecan
Oxunma sayı: 1471

Rusiyanın Utair aviaşirkətinə məxsus təyyarədə sərnişin uçuş zamanı səhvən təyyarənin qapısını açmağa çalışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Moskvadan Naxçıvana uçan təyyarədə baş verib. 

Belə ki, təyyarə Xəzər dənizi üzərindən uçarkən tualet axtaran bir qadın qapını dartmağa başlayıb. Onun bu hərəkəti həyəcan siqnalının işə düşməsinə səbəb olub.

Operativ müdaxilə ilə siqnal kəsilib və salonda hər hansı təzyiq itkisi baş verməyib.

Amma təyyarə mənzil başına fərqli bir səbəbdən çata bilməyib. Naxçıvandakı pis hava şəraiti ucbatından hava limanı sərnişinləri qəbul edə bilməyib və təyyarə Gəncəyə enmək məcburiyyətində qalıb.