20 ölkədən uçuşlara qadağa müddətini uzatdılar

20-olkeden-ucuslara-qadaga-muddetini-uzatdilar
Oxunma sayı: 517

Moldova hakimiyyəti 20 ölkədən uçuşlara qadağa müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moldova İnfrastruktur və Regional İnkişaf Nazirliyi məlumat yayıb.

Sənədə əsasən, məhdudiyyətlər 200-dən çox daşıyıcıya şamil edilir. Tədbirlər Rusiya, Əfqanıstan, Eritreya, Liviya, Nepal, Sudan, Surinam, İran, Şimali Koreya və digər ölkələrdən olan şirkətlərə şamil edilir.

Nazirlik aydınlaşdırıb ki, uçuş məhdudiyyətləri Moldova Avropa İttifaqına (Aİ) üzv olana qədər qüvvədə qalacaq. Bildirilir ki, bu tədbirlər yerli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına yönəlib.