2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu - Sərəncam

2026-ci-il-sehersalma-ve-memarliq-ili-elan-olundu
Oxunma sayı: 1964

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.