28 yaşlı satıcı işlədiyi mağazada öldü - Foto

28-yasli-satici-islediyi-magazada-oldu
Oxunma sayı: 1943

Bərdədə mağazada satıcı ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Əliyanlı kəndində yerləşən bitki dərmanlarının satışı mağazasında baş verib.

Əslən rayonun Qaradəmirçi kəndindən olan 1998-ci il təvəllüdlü Sabir Mehman oğlu Abbasov işlədiyi mağazada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ölümün səbəbi araşdırılır.

Ziya Əmirxanlı