30 yaşlı qadının meyiti evinin həyətində tapıldı

30-yasli-qadinin-meyiti-evinin-heyetinde-tapildi
Oxunma sayı: 1089

Şəmkir rayonunda 30 yaşlı qadının meyiti yaşadığı evin həyətində tapılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 23-ü saat 15 radələrində rayonun Çinarlı qəsəbəsində baş verib.

1996-cı il təvəllüdlü Şəlalə Etibar qızı Nəbiyevanın meyiti yaxınları tərəfindən evin həyətində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.