36 yaşlı kişini ürəyindən bıçaqlayıb öldürdülər - Atası şübhəlidir

36-yasli-kisini-ureyinden-bicaqlayib-oldurduler
Oxunma sayı: 1215

Gəncədə bıçaqlanan şəxs xəstəxanada vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov ürəyindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Gəncədə xəstəxanada ölən 36 yaşlı şəxsin atası Osman Həsənov onu bıçaqlamaqda şübhəli bilinir. Hadisənin başvermə səbəbi araşdırılır.

Yunis Quliyev