Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısına birinci müavin təyin olunub.
“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı RİH başçısı Adil Vəliyev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.
O bu təyinatadək İcra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində işləyib.
Məlumatı Sabunçu Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya təsdiq ediblər.
Xatırladaq ki, daha əvvəl RİH başçısının birinci müavini vəzifəsində Elşən Həsənli işləyib. O, ötən ilin noyabrın əvvəli Prezidentin Sərəncamı ilə Kürdəmirin icra başçısı təyin olunub. Həmin vaxtdan bu post boş idi.
Son xəbərlər
Son Xəbərlər