Türkiyənin tanınmış iki aktyoru - Mahir Günşiray və Hatice Aslan eşq yaşamağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onlar qonaq olduqları proqramlarda açıqlama veriblər.
Belə ki, Ahmet Mümtaz Taylanın “Empati” verilişində qonaq olan 65 yaşlı aktyor sevgi etirafı ilə hər kəsi təəccübləndirib. Fransa ilə Türkiyə arasında tez-tez səyahət etdiyini deyən Mahir aktrisa Hatice Aslanla xoşbəxt münasibətdə olduğunu açıqlayıb.
H. Aslanla universitetdə qrup yoldaşı olduğunu, 4 il birlikdə oxuduqdan sonra bir daha görüşmədiklərini deyən aktyor bildirib ki, 40 ildən sonra təsadüf nəticəsində münasibətə başlayıblar:
“Vatsap qrupumuz var idi. Həmişə gəmim olduğunu deyirdim və dostlarımı dəvət edirdim. Bir gün Hatice gələcəyəm dedi. Sonra qrupdan təkcə o gəldi və beləcə münasibətimiz başladı”.
64 yaşlı Hatice Aslan isə Ceyda Düvencinin “Bambaşka söhbetler” proqramında bu barədə danışıb. O qeyd edib ki, bu illər ərzində heç vaxt eyni layihədə rol almayıblar. Aktrisa hazırda münasibətlərinin çox gözəl davam etdiyi vurğulayıb.
Qeyd edək ki, Mahir Günşiray “Fazilet Hanım ve Kızları”, “Hanımın Çiftliği”, “Çilek Kokusu”, “İffet”, “Dila Xanım”, “Kalp Yarası”, Hatice Aslan isə “Kınalı kar”, “En son babalar duyar”, “Lale devri”, “Ayrılsak da beraberiz”, “Bahar” və başqa məşhur layihələrdə rol alıblar.
Son xəbərlər
Son Xəbərlər