42 yaşlı Ülviyyənin qətlinin təfərrüatı - Video

42-yasli-ulviyyenin-qetlinin-teferruati
Oxunma sayı: 3974

Xəbər verdiyimiz kimi, Sabirabadda 42 yaşlı Ülviyyə Məmmədova qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı Murtuz Məmmədov saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, öldürülən qadının anası Xəzər TV-yə danışıb.

“Hamısını mənim uşağımın üstünə atdılar. Onun əsəbləri pozuldu, özündə deyildi. Sonra bacısını qabağına qoydular ki, bacısını buna görə veriblər”, - Ü.Məmmədovanın anası bildirib.

Bundan başqa, qeyd edilib ki, Ülviyyə boşanaraq ailə evinə qayıdıb, evdar qadın olub. Hadisədən əvvəl qardaşı ilə aralarında mübahisə yaranıb.

Qeyd edək ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Daha ətraflı videomaterialda: