Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır.
“Qafqazinfo” xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib.
Oxu.Az-ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin “Baku International Art Festival” (BIAF) ilə əlaqəli olduğu ehtimal edilir.
Bildirilib ki, bu, Abramoviçin festival günlərində Bakıya ilk səfəri deyil. O, ötən il də “Baku International Art Festival” çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib.
Qeyd edək ki, “Baku International Art Festival” (BIAF) 2026-cı il oktyabrın 28-dən noyabrın 8-dək keçirilir.
Son xəbərlər
Son Xəbərlər