“Orqanizmdə D vitamini çatışmazlığı zəifləmiş immunitet və həddindən artıq yeməyə meyillilik kimi simptomlarla özünü büruzə verə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə endokrinoloq Anton Polyakov məlumat verib.
“D vitamini defisiti adətən əhval-ruhiyyənin düşməsi və qidalanmanın pozulması — yəni qidaya meyilliliyin artması, aşırı yeməyə həvəs kimi hallarla özünü göstərir. Həmçinin bu vitaminin çatışmazlığı immunitetin zəifləməsi ilə də müşayiət oluna bilər”, — deyə mütəxəssis qeyd edib.
Həkimin sözlərinə görə, orqanizmdə D vitamininin azlığı sümüklərin möhkəmliyinin azalmasına və təşviş-depressiv halların inkişafına da dəlalət edir.
Son xəbərlər
Son Xəbərlər