Papa ABŞ seçkilərində poçt vasitəsilə səs verdi

papa-abs-seckilerinde-poct-vasitesile-ses-verdi
Oxunma sayı: 229

Papa XIV Leo ABŞ-də keçirilən aralıq Konqres seçkilərində poçt vasitəsilə səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, pontifik ABŞ vətəndaşı kimi səsvermə hüququndan istifadə edərək, seçki bülletenini poçt vasitəsilə Çikaqoya göndərib.

Mətbuat xidməti əlavə edib ki, o, Peruda xidmət etdiyi dövrdə də seçkilərdə iştirak edib.