Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 8-9-da Rusiyada keçiriləcək MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 14-cü görüşündə iştirak edəcək.
“Qafqazinfo” “News.am”a istinadla xəbər verir ki, bu barədə müvafiq Sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Məlumata görə, Ermənistan nümayəndə heyətinin tərkibinə Baş nazir aparatının Təhlükəsizlik Şurası ofisinin rəhbəri Vanik Avetisyan və TŞ katibinin müşavirləri Anahit Poqosyan ilə Aşxen Hayrapetyan da daxil edilib.
Son xəbərlər
Son Xəbərlər