45 yaşlı kişi kollektorda boğuldu

45-yasli-kisi-kollektorda-boguldu
Oxunma sayı: 747

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”un məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Telman Adıgözəl oğlu ehtiyatsızlıqdan şor kollektoruna düşərək boğulub.

Onun sudurqadan əziyyət çəkdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov