56 yaşlı qadını maşın vurub öldürdü

56-yasli-qadini-masin-vurub-oldurdu
Oxunma sayı: 325

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Səidə Məmmədova yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.

Ağır xəsarət alan yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Surxay Şahbazov