57 il sonra qartopu oynamaq qadağası ləğv edilir

57-il-sonra-qartopu-oynamaq-qadagasi-legv-edilir
Oxunma sayı: 3341

ABŞ-ın Viskonsin əyalətində 1962-ci ildən bəri qartopu oynamağa qoyulmuş qadağa ləğv edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vausau şəhərində 57 il əvvəl qartopu oyunu “insanlara ağır şəkildə zərər verən oyun” kimi qadağan olunub. 2017-ci ildən etibarən şəhər sakinləri qadağanın ləğvi üçün mübarizə aparır.

Gələn aydan etibarən artıq Vausau şəhərinin sakinləri də qartopu oynaya biləcəklər.