57 yaşlı qadını avtomobil vurub öldürdü

57-yasli-qadini-avtomobil-vurub-oldurdu
Oxunma sayı: 521

Zaqatalada ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Rövşən Hazmanov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mübariz Muradov