6 il saxlanıldığı Şuşa həbsxanasına getdi - Foto

6-il-saxlanildigi-susa-hebsxanasina-getdi
Oxunma sayı: 4367

6 il erməni girovluğunda qalan Dilqəm Əsgərov uzun müddət saxlanıldığı Şuşa həbsxanasını ziyarət edib.

Səfəri barədə “Qafqazinfo”ya danışan D. Əsgərov bildirib ki, Qarabağa ziyarət şuşalı, laçınlı, cəbrayıllı döyüş yoldaşlarının təklifi ilə baş tutub: “Biz əvvəlcə Şuşada, daha sonra Hadrutda, Cəbrayılda, Füzulidə olduq. Mən saxlanıldığım türmənin içində ola bilmədim, sadəcə onun ətrafında gəzişdik.

Həmçinin oxuyun: Harada boş maşın görsə, sürüb gəzirmiş - Bakıda maraqlı hadisə

“O qədər pul oğurlayırlar, bizə gələndə maaşı, mükafatı kəsirlər” - Elmar Qasımov

“44” hər yerdən görünəcək

Hərbçilərimiz türmənin içinə buraxmadılar. Dedilər ki, bu türmədə 1993-cü ildə bizim əsirlər, girovlar güllələnib. Hələ ki, ora giriş mümkün deyil. Mən Şuşa türməsində 5 il 7 ay saxlanılmışam. Əgər Şuşa, Qarabağ alınmasaydı, kənardan baxdıqda həmin dəhşətli günlər yenə məni didib parçalayardı. Ancaq bu dəfə türmənin qarşısında sevinc hissi keçirdim. Orada 50-yə yaxın azərbaycanlı əsgər dayanmışdı, təəssüratlarımızı bir-birimizlə bölüşdük. Əzab-əziyyət, heç nə hiss etmədim”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyev ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüşdülər. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunandan sonra onlar Azərbaycana qaytarılıb. 

Günel Türksoy