6 uşağın zəhərləndiyi ailənin - 2 yaşlı Gülcənnəti öldü

6-usagin-zeherlendiyi-ailenin
Oxunma sayı: 1620

Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb.

Digərlərinin müalicəsi davam edir.

Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar. Daha sonra uşaqların vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya müarciət ediblər.