ABŞ-nin maliyyə naziri Skott Bessent təhlükəsizliyə təhdid səbəbindən Vaşinqtondakı evini tərk edərək müvəqqəti olaraq hərbi bazaya köçüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qərarın xüsusi xidmət orqanlarının tövsiyəsi ilə qəbul edildiyi bildirilsə də, təhdidin nə dərəcədə real olduğu açıqlanmır.
Mənbənin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları son həftələrdə digər amerikalı məmurlar üçün də təhlükəsizlik sahəsində risklərin artdığı qənaətindədir.
Bessentin təhlükəsizliyi ilə bağlı narahatlığın mətbuatda maliyyə nazirinin Vaşinqtondakı malikanəsinin səmadan çəkilmiş fotoşəkillərinin dərc edilməsindən sonra yarandığı iddia edilir.
Son xəbərlər
Son Xəbərlər