600 milyon dollarlıq evlilik - Bütün dünya bu toyu danışır

600-milyon-dollarliq-evlilik
Oxunma sayı: 11562

Hindistanın ən zəngin adamının oğlu Anant Ambani və nişanlısı Radika Merçantın çoxdan gözlənilən toyu olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat paylaşıb.

Mumbay şəhərində baş tutan təmtaraqlı məclisə 600 milyon dollardan artıq pul xərcləndiyi bildirilir.

Dəbdəbəli toya Hindistanın və dünyanın bir çox məşhur simaları qatılıb.

Aişvayra Ray, “Calm Down” hit mahnısını ifa edən Afrobeats ulduzu Rema, Nik Conas, Priyanka Çopra, Britaniyanın sabiq baş naziri Toni Blayer ilə onun xanımı Çerri Blayer və başqaları dəbdəbəli toyun qonaqları siyahısında olub.

Bəy və gəlinin qırmızı xalçaya çıxmasından öncə Mumbay şəhəri süni yağışla isladılıb.

Ambaniyə məxsus, 16.000 nəfərlik Jio Dünya Konqres Mərkəzinin ətrafındakı yollar bağlanıb.

Hindistanın ən tanınmış modelyerlərindən biri Maniş Malhotra tədbirin yaradıcı direktoru vəzifəsində çalışıb.

Bəy və gəlinin toy ərzində geyindiyi geyimlərin ərsəyə gəlməsi 2 aydan çox zaman alıb və ölkənin ən məşhur modelyerləri tərəfindən dizayn edilib.

Qeyd edək ki, Anant ailəsi “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onların ümumi sərvəti 122 milyard dollar dəyərində qiymətləndirilir.

Xatırladaq ki, 7 ay öncə cütlüyün ilkin toy mərasimi baş tutmuşdu. Gecəyə məşhur müğənni Rihanna öz ifası ilə damğa vurmuşdu.