68 yaşlı motosiklet sürücüsü qəzada öldü

68-yasli-motosiklet-surucusu-qezada-oldu
Oxunma sayı: 658

Sabirabad şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili ilə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, Sabirabad şəhər sakini, 1958-ci il təvəllüdlü Əliyev Əlixan Məzahir oğlu həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı