Xəyanət və casusluq qalmaqalı belə “Nvidia”nı sarsıda bilmədi - Gəlirləri ikiqat artdı

xeyanet-ve-casusluq-qalmaqali-bele-nvidiani-sarsida-bilmedi
Oxunma sayı: 220

ABŞ-nin çip istehsalçısı “Nvidia” keçmiş baş direktor Jensen Huanqın həyat yoldaşına xəyanət etirafı və Çin casusluğu şübhələri fonunda istefa verməsindən sonra ilk maliyyə hesabatını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bütün siyasi-korporativ qalmaqallara baxmayaraq, şirkət cari maliyyə ilinin üçüncü rübündə bazar gözləntilərini üstələyib.

Hesabata əsasən, şirkətin rüblük gəliri illik müqayisədə 103 faiz artaraq 115,8 milyard dollara çatıb və 108,85 milyard dollarlıq proqnozları geridə qoyub.

Hesabat dövründə şirkətin məlumat mərkəzi gəlirləri illik ifadədə 110 faiz yüksələrək 107,6 milyard dollar təşkil edib. “Nvidia”nın xalis mənfəəti isə ikiqatdan çox - 105 faiz artaraq 31,9 milyard dollardan 65,3 milyard dollara yüksəlib. Eyni zamanda, səhm başına düşən qazanc 1,3 dollardan 2,7 dollara çatıb.

Maliyyə hesabatında qeyd olunur ki, üçüncü rübün sonuna olan məlumata görə, şirkətin səhmlərin geri alınması proqramı çərçivəsində təxminən 227,3 milyard dollarlıq büdcəsi mövcuddur. “Nvidia” həmçinin 2 dekabr tarixinə qədər qeydiyyatda olan səhmdarlara dekabrın 23-də səhm başına 25 sent məbləğində rüblük nağd dividend ödəyəcəyini elan edib.

Xatırladaq ki, şirkətin qurucusu və keçmiş rəhbəri Jensen Huanq Çin kəşfiyyatına casusluqda şübhəli bilinən “Megaspeed” rəsmisi Alis Huanqla münasibətləri və həyat yoldaşına xəyanət etdiyini etiraf etməsindən sonra vəzifəsindən getmişdi.