7 ay komada qalan zabitimiz bu gün şəhid oldu - Foto

7-ay-komada-qalan-zabitimiz-bu-gun-sehid-oldu
Oxunma sayı: 5245

Azərbaycan Ordusunun zabiti vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!