“ABŞ və İran arasında etimadsızlıq mühiti hökm sürür”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “CBS News”un “Face the Nation with Margaret Brennan” proqramına müsahibəsində deyib.
Pezeşkian Trampla üz-üzə görüşməyin onun üçün çətin olacağını bildirib:
“Trampla üz-üzə görüşmək mənim üçün çətin olacaq. Onlar bizə hər gün tətbiq etdikləri təzyiqlərə son qoymadıqca, onlara etibar etmək çətindir. Onlar hər gün bizə qarşı sanksiyaları artırır, bizi təhdid edir və bizə zərbələr endirirlər. Üstəlik, yazılı şəkildə öhdəlik götürdükləri məsələlərə əməl etmirlər. Belə olan halda, danışıqlara başlasalar belə, həqiqətən də verdikləri vədləri yerinə yetirəcəklərmi?”
İran Prezidenti həmçinin bildirib ki, tərəflər arasında danışıqların başlaması üçün əvvəlcə ABŞ-nin hansı məsələlər üzrə razılığa gəlmək istədiyi aydın olmalıdır.
Son xəbərlər
Son Xəbərlər