77 yaşlı kişini maşın vurub öldürdü

77-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 527

Qaxda 77 yaşlı kişini minik avtomobili vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Güllük kəndində baş verib.

Belə ki, fevralın 1-i saat 21 radələrində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə həmin kənd sakini 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlunu minik avtomobili vurub.

Ağır bədən xəsarətləri alan 77 yaşlı kişi hadisə yerindəcə ölüb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Mübariz Muradov