80 milyonuncu müraciət... - Fotolar

80-milyonuncu-muraciet
Oxunma sayı: 2773

Dekabrın 3-ü “ASAN xidmət”ə 80 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu müraciət 3 saylı “ASAN xidmət” mərkəzinə Könül Hadıyeva tərəfindən edilib.

O, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən doğumun qeydə alınması xidmətindən yararlanıb.

80 milyonuncu müraciətin sahibi kimi Könül Hadıyevaya təşəkkürnamə və ABAD-çı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.