Abdullahian Dəməşqdə yeni konsulluğun açılışında iştirak etdi

abdullahian-demesqde-yeni-konsullugun-acilisinda-istirak-etdi
Oxunma sayı: 1496

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin yeni binasının açılış mərasimində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

“Biz çox şadıq ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin yeni binası Suriya xarici işlər nazirinin iştirakı ilə mümkün qədər tez istifadəyə verilib”, - deyə telekanal İran XİN rəhbərinin sözlərindən sitat gətirir.

Qeyd edək ki, İran səfirliyinin konsulluq bölməsinin yerləşdiyi bina aprelin əvvəlində İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində dağıdılıb. Zərbələr nəticəsində ikisi general olmaqla SEPAH-ın yeddi zabiti həlak olub.