ABŞ hərbçiləri “USS Abraham Lincoln” aviadaşıyıcısına həddən artıq çox yaxınlaşan İran gəmisinə hücum ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CBS telekanalı iki mənbəyə istinadən məlumat yayıb.
Gəmiyə topdan atəş açıldığı, həmçinin döyüş helikopterindən iki raket buraxıldığı bildirilir. Gəminin və ekipajının taleyi barədə məlumat verilmir.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) “USS Abraham Lincoln” aviadaşıyıcısı İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının həyata keçirildiyi bölgədə yerləşir. Onu iki esmines - “USS Spruance” və “USS Michael Murphy” müşayiət edir. ABŞ HDQ-nin digər aviadaşıyıcısı “USS Gerald R. Ford” isə Qırmızı dənizdə lövbər salıb.
Son xəbərlər
Son Xəbərlər