“ABŞ atəşkəsi pozduqca Hörmüz boğazı bağlı qalacaq”

abs-ateskesi-pozduqca-hormuz-bogazi-bagli-qalacaq
Oxunma sayı: 393

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, Hörmüz boğazı ABŞ atəşkəsi pozduqca bağlı qalacaq.

“Qafqazinfo” xəbər verir ki, o bu haqda sosial media hesabında yazıb.

“Atəşkəsin belə kobud şəkildə pozulması ilə Hörmüz boğazının açılması mümkün deyil. ABŞ öz məqsədinə hərbi təcavüzlə nail olmayıb və hədə-qorxu ilə nail olmayacaq. Yeganə yol İran xalqının hüquqlarının tanınmasıdır”, - siyasətçi vurğulayıb.

Qalibaf əlavə edib ki, İran yalnız dəniz blokadası tərəfindən pozulmadığı və İsrail “bütün cəbhələrdə müharibəni alovlandırmağı dayandıracağı” təqdirdə tam atəşkəsə icazə verəcək.