ABŞ bu məsələdə Türkiyəyə dəstək olduğunu açıqladı

abs-bu-meselede-turkiyeye-destek-oldugunu-aciqladi
Oxunma sayı: 3241

“Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi  bildirib.

Kirbi Co Bayden administrasiyasının vəzifəyə gəldiyi gündən bu mövzuda eyni xətt üzrə irəlilədiyini qeyd edib:

“Bu mövzuda ardıcıl siyasi mövqeyimiz var. Biz əlavə F-16-ların satışını dəstəkləməyə davam edirik və Türkiyənin F-16 donanmasının modernləşdirilməsi üçün əlimizdən gələni edirik”.