ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

abs-bu-olkelerin-resmilerine-viza-qadagasi-qoydu
Oxunma sayı: 424

ABŞ administrasiyası korrupsiya ittihamları ilə əlaqədar Latın Amerikasından olan 27 məmur, keçmiş məmur və onların ailə üzvlərinin vizalarını ləğv edib.

“Qafqazinfo” AP-yə istinadən xəbər verir ki, siyahıda Boliviya, Kolumbiya, Ekvador və Perudan olan şəxslər də yer alıb.

ABŞ Dövlət Departamenti qərarın korrupsiya və narkotik qaçaqmalçılığı ilə mübarizə, eləcə də, regionda demokratik idarəçiliyin müdafiəsi məqsədi daşıdığını açıqlayıb.

Vizası ləğv edilən şəxslər arasında Boliviyanın baş prokuroru Rocer Mariaka və ölkədən 20-dən çox digər prokuror və hakim var. Dövlət Departamentinin məlumatına görə, onların bir hissəsinin hazırkı vizaları ləğv edilib, digərlərinə isə ABŞ-yə səfər üçün müraciət etdikləri halda viza verilməyəcək.

ABŞ Mariakanı narkotik qaçaqmalçılığını asanlaşdırmaq məqsədilə rüşvət almaq və zorakı cinayət törətmiş şəxslərin ədalət mühakiməsindən yayınmasına kömək etməkdə ittiham edir. Dövlət Departamenti onun fəaliyyətinin Tramp administrasiyasının narkotik terrorizmi ilə mübarizə səylərinə mane olduğunu bildirib.

Mariaka 2024-cü ildə Boliviyanın əvvəlki solçu hökuməti dövründə altı illik müddətə baş prokuror seçilib. O, daha əvvəl Santa-Kruz bölgəsində prokuror kimi çalışıb və 2023-cü ildə uruqvaylı narkobaron olduğu iddia edilən Sebastyan Marsetin polis əməliyyatından qaçması ilə bağlı işə də rəhbərlik edib.